Kiprin "Aris" (Limassol) komandasının yarımmüdafiəçisi Matiya Şpolyariç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
 
"Neftçi" güclü komandadır. Rəqibi yaxşı təhlil etmişdik. Onlara qarşı yüksək təzyiq göstərdik. çoxlu epizodlar yaratdıq. Daha çox qol vura bilərdik. Bakıya da qələbə üçün gedəcəyik".
 
Bu komandalar arasındakı cavab oyunu iyulun 28-də Bakıda baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest