Macarıstanın "Fehervar" komandasının kapitanı Attila Fiola Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, təcrübəli müdafiəçi 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:
 
"Oyuna pis başladıq, rəqib önə keçdi və tələsik oynadıq. Heç nəyə bəhanə yoxdur, birinci hissədə yaxşı görünmədik. Fasilədə özümüzü toparlamağa çalışdıq və ikinci hissədə daha ağıllı çıxış etdik. Daha çox şans yaratdıq və üç qol vurduq. İkinci 45 dəqiqə göstərdi ki, bu fərqlə qalib gəlməyə layiq idik. Rəqib vaxtı uzatmağa və oyunu kobud şəkildə pozmağa çalışırdı. Bunu da öncədən bilirdik. İkinci qolumuzdan sonra rəqib dəyişmək məcburiyyətində qaldı və bundan yararlanmağı bacardıq. 4:1 hesablı qələbəyə baxmayaraq, cavab oyununa elə hazırlaşacağıq ki, sanki daha az fərqlə qalib gəlmişik".
 
İyulun 28-də Qəbələdə keçiriləcək cavab matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest