Nazim Süleymanovun 1995-ci ildə Rusiyada "Alaniya" ilə qazandığı kubok itib. Ən maraqlısı isə odur ki, 3 ildir klub onu axtarırmış və fikirləşiblər ki, bu, baş məşqçi Valleri Qazzayevdə olar...

Nazim Süleymanovun 1995-ci ildə Rusiyada "Alaniya" ilə qazandığı kubok itib. Ən maraqlısı isə odur ki, 3 ildir klub onu axtarırmış və fikirləşiblər ki, bu, baş məşqçi Valleri Qazzayevdə olar...
 
Matc.az xəbər verir ki, Qazzayev bu xəbərlərə belə münasibət bildirib:
 
"O necə itə bilərdi? O, klubda olmalıdır. İlk dəfədir ki, onun itdiyini eşidirəm. Hara itə bilər? Əlbəttə ki, klubda olmalıdır... Stadionda kiçik bir muzey var idi və yəqin ki, oradadır. Bəlkə kimsə götürüb. Kim həmin adamı tanıyır? Kuboku necə itirmək olar?"
 
Xatırladaq ki, Azərbaycan millisinin sabiq üzvü olan Nazim Süleymanov 1991-1996-cı illər aralığında "Alaniya"da çıxış edib. O, Vladiqafqaz təmsilçisinin 1995-ci ildə çempion olan heyətində yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest