Yeni mövsümdən etibarən Azərbaycan Birinci Divizionunda mübarizə aparacaq "Araz-Naxçıvan" klubu heyətini gücləndirməklə məşğuldur. Matc.az xəbər verir ki, daha əvvəl baş məşqçi postuna Azər Bağırovu gətirən Naxçıvan klubu son bir gündə 19 futbolçu transferini elan edib.
 
Muxtar Respublika təmsilçisi Vüsal Şabanov, Orxan Əliyev, Sabir Məmmədov, Nəbi Məmmədov, Xəyal Tomarov, Vadim Abdullayev, Fərid Kərimzadə, Həzrət İsayev, Elməddin Məmmədov, Əsgər Hüseynov, Elvin Dəmirov, Bayraməli Qurbanov, Emil Bayramov, Fərid Cəfərli, Seymur Rəhimov, Pərvin Rüstəmov, Afiq Musayev, Ayxan Həsənov və Elvin Rzayevlə müqavilə bağlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest