Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi əlcəzairli yarımmüdafiəçi Zinedin Ferhatı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq "Nim"in formasını geyinən 29 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti bitdiyi üçün, Alanya təmsilçisinə azad agent kimi keçib. Onunla 2 illik müqavilə imzalanıb. Futbolçu yeni komandasında 10 nömrəli formanı geyinəcək.
 
Zinedin Ferhat 2019-cu ildən "Nim"də çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 71 oyuna çıxıb, 9 qol vurub. Yarımmüdafiəçi daha öncə Fransada "Havr", ölkəsində "Alger" komandalarının da formasını geyinib. O, Əlcəzair yığmasında da 13 oyuna çıxıb.
 
"Alanyaspor" öz yarımmüdafiəçisi Emircan Altıntaşı da "Rizəspor"a icarəyə verib. 27 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna qədər Rizə klubunun uğurları üçün çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest