İngiltərənin "Kristal Pelas" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın "Lans" klubunun yarımmüdafiəçisi Şeyk Dukureni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Malidən olan 22 yaşlı futbolçu London klubu ilə 5 illik müqavilə imzalayıb. "Kristal Pelas" bu transfer üçün "Lans"a 21.30 milyon avro təzminat ödəyib.
 
Şeyk Dukure "Lans"ın öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Fransa təmsilçisinin heyətində 128 oyuna çıxan futbolçu, 8 qola imza atıb. Gənc oyunçu Mali yığmasında da 5 matça çıxıb.
 
Yeri gəlmişkən, "Lans" hücumçusu Simon Banzanı da Portuqaliyanın "Braqa" klubuna satıb. Fransadan olan 25 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. Bu transfer üçün Fransa klubuna 5 milyon avro ödənilib.
 
"Lans"ın öz yetirməsi olan Banza, 2015-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. O, geridə qalan mövsümü icarə əsasında Portuqaliyanın "Famalikan" klubunda keçirib, burada 32 oyuna 15 qol vurub, 6 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest