ABŞ-ın "DS Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, MLS təmsilçisi "Mançester Yunayted"in yetirməsi Ravel Morissonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
 
Ravel Morrison son mövsümü İngiltərənin "Derbi Kaunti" klubunda keçirib. Hansı ki, bu komandanı bir müddət öncə "DS Yunayted"in baş məşqçisi təyin olunmuş Ueyn Runi çalışdırırdı. İngilis mütəxəssis yaxşı tanıdığı bu yarımmüdafiəçini öz komandasında görmək istəyib.
 
İngiltərədə dünyaya göz açmasına, bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynamasına baxmayaraq, Morrison sonda Yamayka milli komandasını seçib. O, bu komandada 14 oyuna 2 qol vurub. Futbolçu karyerası ərzində "Vest Hem", "Birmingem Siti", KPR, "Kardiff Siti", "Latsio", "Atlas", "östersund", "Şeffild Yunayted", "Midlsbro", "Den Haaq" kimi klubların da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest