"Bu yarışda duyğusal insanlara yer yoxdu. Mübarizədə xarakter lazımdı. Bunu komandaya aşılamağa çalışırıq. Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdi. Bu gün də elə oldu. Oyundan sonra futbolçularımızı tərbik etdim. Məğlubiyyət olsa belə, qarşıya ümidlə baxırıq"

"Bu yarışda duyğusal insanlara yer yoxdu. Mübarizədə xarakter lazımdı. Bunu komandaya aşılamağa çalışırıq". Matc.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XVII turunda səfərdə "Qarabağ"la qarşılaşan bölgə təmsilçisi 1:2 hesabı ilə məğlub olub.

Oyundan sonra açıqlama verən Qurbanov fikirlərini bölüşüb: "Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdi. Bu gün də elə oldu. Oyundan sonra futbolçularımızı tərbik etdim. Məğlubiyyət olsa belə, qarşıya ümidlə baxırıq".

- Qələbə üçün nə çatmadı?

- Futbol bizi razı salsa da, son nöqtəni qoya bilmədik. Bunun üzərində işləyəcəyik.

- Asif Məmmədovu niyə belə gec buraxdınız?

- Volkov özünü bir az nasaz hiss edirdi. Oyunun əlavə vaxtının belə az olacağını gözləmirdik.

- Matçda kobudluq, sərtlik çox idi. Futbolçularınız xeyli vərəqə aldı ki, bu da gələcəkdə problem yaradır...

- Futbolçu qaydalar çərçivəsində aqressiv olmalıdı. Mübarizə varsa, mübahisələr də, sərtlik də, vərəqələr də var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest