İngiltərənin "Everton" klubu müdafiəçisi Jarred Brantueyti Niderlandın PSV klubuna icarəyə verib. Matc.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

20 yaşlı mərkəz müdafiəçisi qarşıdakı mövsümün sonuna qədər Eyndhoven təmsilçisinin uğurları üçün çalışacaq.

Brantueyt 2020-ci ildə "Karlayl Yunayted"dən "Everton"a transfer olunub. İngiltərənin U-20 yığmasının da üzvü olan müdafiəçi, Premyer Liqa təmsilçisində 13 oyuna çıxıb, 1 qol vurub.

PSV Fransanın "Trua" klubunun vingeri Savionu da icarəyə götürüb. 18 yaşlı futbolçu da 1 illik icarəyə gəlib. "Trua" onu elə bu yay Braziliyanın "Atletiko Mineyro" klubundan 6.5 milyon avroya transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest