İspaniyanın "Osasuna" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Levante"nin qapıçısı Aytor Fernandesi transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 31 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb. "Osasuna"nın bu transfer üçün "Levante"yə nə qədər təzminat ödədiyi açıqlanmır. Amma klub yeni oyunçusuna 14 milyon avro qiymət qoyub.
 
Aytor Fernandes 2018-ci ildən "Levante"də çıxış edirdi. Təcrübəli qolkiper bu komandanın heyətində 103 oyun keçirib. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış qapıçı, "Baskoniya", "Atletik", "Barakaldo", "Vilyarreal" və "Numansiya"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest