İngiltərədə qadın futbolçular arasında keçirilən Avropa çempionatında yarımfinalçılar müəyyənləşib. Matc.az xəbər verir ki, cütlərin tərkibi 1/4 final mərhələsinin yekununda bəlli olub.
 
Bu raundda İngiltərə İspaniyaya 2:1, Almaniya Avstriyaya 2:0, İsveç Belçikaya, Fransa isə Niderlanda 1:0 hesabı ilə qalib gəlib.
 
Beləliklə, iyulun 26-da İngiltərə - İsveç, iyulun 27-də isə Almaniya - Fransa qarşılaşması keçiriləcək.
 
Qeyd edək ki, Avropa çempionatının finalı iyulun 31-də Londondakı "Uembli" stadionunda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest