Futzal üzrə UEFA çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini yeni oyunçu ilə gücləndirib. Matc.az xəbər verir ki, ölkə çempionu De Moura Joze Eduardo ilə anlaşıb.
 
26 yaşlı braziliyalı oyunçunun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
 
"Araz-Naxçıvan" bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest