Növbəti mövsümə hazırlığı Bolqarıstanın Bansko şəhərində davam etdirən "Sabah"ın toplanış çərçivəsində qarşılaşacağı növbəti rəqib bəlli olub. Matc.az xəbər verir ki, sözügedən komanda Kiprin yüksək liqa təmsilçisi "Akritas Xlorakas" klubu ilə qarşılaşacaq.
 
Görüş iyulun 26-da Bakı vaxtı ilə saat 19:30-da Banskoda baş tutacaq.
 
Qeyd edək ki, "Sabah" Bolqarıstan toplanışı çərçivəsində ilk yoxlama oyununu İsrailin "Hapoel" (Hadera) klubuna qarşı keçirib (0:1).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest