"Qarabağ"ın səfər proqramı bəllidi. Matc.az xəbər verir ki, çempionlar Liqasında "Sürix"lə cavab matçı üçün İsveçrəyə yollanacaq Ağdam klubu sabah 17:30-da Bakıdan ayrılır. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
 
İyulun 26-sı saat 20:40-da çempionumuzun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı, 21:00-da isə "Qarabağ"ın açıq məşqi (ilk 15 dəqiqə) nəzərdə tutulub.
 
Bakıdakı ilk oyunda rəqibinə 3:2 hesabıyla qalib gələn "Qarabağ" cavab matçı üçün yollandığı İsveçrədə "Hilton" otelində məskunlaşacaq. "Sürix"lə oyun iyulun 27-si, saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest