Gürcüstanda təlim-məşq toplanışında olan "Səbail" klubu növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "dənizçilər" yerli "Qaqra" komandası ilə qarşılaşıb.

Gürcüstanda təlim-məşq toplanışında olan "Səbail" klubu növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "dənizçilər" yerli "Qaqra" komandası ilə qarşılaşıb.
 
Görüş Mahmud Qurbanovun baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Dənizçilər"in qələbə qollarını 10-cu dəqiqədə Qoba Zakpa və 76-cı dəqiqədə Luvaqa Kizito vurub.
 
Xatırladaq ki, "Səbail" Gürcüstan toplanışındakı ilk sınaq oyununda Tiflis "Dinamo"suna 0:2 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest