"Neftçi" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşdığı "Aris" (Limassol) klubu ilə cavab oyununun hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, iyulun 21-də Kiprin Larnaka şəhərindəki "AEK Arena"da baş tutan ilk matçın ertəsi günü bərpa məşqi edən komanda birgünlük fasilədən sonra – iyulun 24-də məşqlərə başlayıb.
 
Bu gün növbəti hazırlıq prosesi "Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutub. "Neftçi" azarkeşlərinin komandaya dəstəyi ilə keçən məşqdə əsasən toplu çalışmalar icra olunub.
 
Qeyd edək ki, "Neftçi" – "Aris" matçı iyulun 28-i saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest