"Cavab matçı fərqli olacaq. Bu dəfə evdə oynayacağıq və böyük inamla meydana çıxacağıq". Matc.az xəbər verir ki, bunu İsveçrənin "Sürix" klubunun futbolçusu Blerim Cemaili "Qarabağ"a qarşı keçirəcəkləri UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu barədə "Blick" nəşrinə açıqlamasında deyib.
 
36 yaşlı yarımmüdafiəçi çempionlar Liqasının təsnifat mərhələsinin həmişə ağıllarında olduğunu bildirib: "Komandamızda bu turnirdə çıxış etməyən oyunçular çoxdur. Qrup mərhələsinə vəsiqə qazanmaq hər kəsin arzusudur".
 
Cemayli bu səbəbdən ölkə çempionatını hələlik ikinci plana atmalarının normal hal olduğunu söyləyib.
 
İyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. "Sürix" İsveçrə çempionatının 1-ci turunda "Yanq Boyz"a 0:4 hesabı ilə uduzub, 2-ci turda isə "Lutsern"lə qolsuz bərabərə qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest