Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq. Matc.az xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı 1-ci kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.
 
Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.
 
Yay kursları iyulun 29-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest