Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
 
Qazaxıstan "Tobol"u doğma meydanda 2 cavabsız qolla üstələdiyi "Linkoln"u (Cəbəllütariq) səfərdə də məğlub edib. TNS (Uels) - "Vikinqur" (İslandiya) matçında qapılara qol vurulmayıb. Bu üzdən İslandiya təmsilçisi ilk oyundakı inamlı qələbə sayəsində mərhələ adlayıb. Kosovonun "Ballkani" komandası isə ilk oyunda darmadağın etdiyi "La Fiorita"nı (San Marino) evdə daha biabırçı hesabla məğlub edərək, növbəti raunda yüksəlib.
 
Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
26 iyul
 
Linkoln (Cəbəllütariq) - Tobol (Qazaxıstan) 0:1
İlk oyun - 0:2
 
TNS (Uels) - Vikinqur (İslandiya) 0:0
İlk oyun - 0:2
 
Ballkani (Kosovo) - La Fiorita (San Marino) 6:0
İlk oyun – 4:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest