"Sürix"in futbolçusu Beçir Omeraqiç İsveçrədə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu buraxacaq. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi zədə səbəbindən matçda iştirak etməyəcək.
 
İsveçrə təmsilçisinin aparıcı oyunçularından hesab olunan Blerim Cemailinin də meydana çıxıb-çıxmayacağı sual altındadır.
 
Bu gün "Letsiqrund" stadionunda oynanılacaq qarşılaşmaya saat 21:00-da start veriləcək. Bakıda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest