"Neftçi"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan "Aris"in (Limassol) baş məşqçisi Aleksey Şpilevski Kiprdə klub seçimində pulun rolu olub-olmaması haqda sualı cavablandırıb. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, o, maraqlı layihənin lehinə seçim etdiyini deyib:
 
"Aydındır ki, mən pul itirmək istəmirəm, amma burda milyonlar qazanmıram. Bu kifayət qədər adekvat puldur. Mən heç vaxt deməzdim ki, bahalı məşqçiyəm. Bu, sırf idman qərarı idi. Başqa təkliflər də var idi, amma mən klubun sahibi ilə anlaşmaq istəyirdim. Yəni birbaşa əlaqə olsun və biz eyni baxışlara sahib olaq. Mən bunu hiss edirəm və bir məşqçi kimi bu mənim üçün çox vacibdir. Gəlib nömrəni qoyub, tez nəticə çıxarmağa çalışan və gedən məşqçi deyiləm. Geridə iz buraxmaq istəyirəm".
 
İyulun 28-də oynanılacaq "Neftçi" – "Aris" qarşılaşması saat 21:00-da start götürəcək. İlk matçda Kipr klubu 2:0 hesabı ilə qalib gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest