UEFA son 10 mövsümdə avrokuboklarda mübarizə aparan klubların yeni reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, reytinq son olaraq bu gün yenilənib. İlk pilləni "Real" (378.000 xal) tutur. "Bayern" ikinci (320.000), "Barselona" isə üçüncüdür (286.000). 
 
500 komandanın yer aldığı siyahıda Azərbaycanın 10 klubu yer alıb. Onların sırasında ən yaxşı göstərici "Qarabağ"a məxsusdur – 84-cü yer (39.500 xal).
 
Azərbaycanın klublarının reytinqdə sıralaması:
 
84. Qarabağ
 
200. Neftçi 
 
341. Qəbələ
 
368. Keşlə"
 
369. Sumqayıt 
 
370. Səbail 
 
371. Zirə
 
372. Kəpəz 
 
373. Xəzər Lənkəran
 
374. Bakı
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest