Portuqaliya Sequndasında XXII tura yekun vurulub. Matc.az saytının məlumatına görə, "Eştoril" son gündə səfər görüşünə çıxıb.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu komanda "Mafra"nın qonağı olub. Lima 47-ci dəqiqədə hesabı açsa da, "Eştoril" qələbəni 90+4-cü dəqiqədə buraxdığı qolla əldən verib - 1:1. Renat isə qarşılaşmanın "18-liy"inə salınmayıb.

Qeyd edək ki, "Eştoril" hazırda 37 xalla 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest