"Bayern" futbolçusu Kris Riçardsı "Kristal Pelas"a satıb. Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı müdafiəçi İngiltərə klubu ilə 5 illik müqavilə imzalayıb.
 
"Kristal Pelas"ın bu keçidə görə "Bayern"ə 12 milyon avro təzminat ödəyəcəyi deyilir.
 
"Kristal Pelas" qapıçısı Remi Metyuzu da Şotlandiyanın "Sent Conston" klubuna icarəyə verib. 28 yaşlı qolkiper qarşıdakı mövsümün sonunadək bu komandada icarədə oynayacaq. 2021-ci ilin yayında "Kristal Pelas"a transfer olunan qapıçı, burada əsas heyətə düşə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest