"Qarabağ"ın keçmiş futbolçusu Yakub Jezniçakın oğlu Olivier vəfat edib. Matc.az xəbər verir ki, bu barədə məlumatı polşalı müdafiəçinin formasını geyindiyi Plotsk "Visla"sı rəsmi saytı vasitəsilə yayıb.
 
Xəbərdə bildirilib ki, Jezniçak – Maqdalena Stepyen cütünün körpəsi 1 yaş 10 günlüyündə ölüb. Buna onun qaraciyər xərçəngindən əziyyət çəkməsi səbəb olub. Körpə İsraildə müalicə aldığı klinikalardan birində vəfat edib.
 
Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib və 2 dəfə Azərbaycan çempionu olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest