Futbolun İnkişaf Fondu (FİF) 2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə edən "Turan Tovuz"a dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün "Turan 100k" layihəsini ərsəyə gətirib. Matc xəbər verir ki, layihə klub üçün 100 000 AZN ianə toplamaq məqsədi daşıyır.
 
Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7 140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.
 
Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan "Turan Tovuz"a dəstək məqsədilə ianə edərkən aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər. İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest