Yerli mətbuata müsahibə verən Krebs həmin görüş barədə də fikirlərini bildirib. Dayaq yarımmüdafiəçisi Azərbaycan səfərindən yaddaşında xoş xatirələr qaldığını vurğulayıb: "Açığı, ora yolçuluq elə də yaxşı deyildi".
"Bu mövsümün ən böyük macərası kimi Azərbaycan səfərini qələmə verə bilərsiniz". Matc.az saytının məlumatına görə, bunu "Herta"nın U-19 komandasının yarımmüdafiəçisi Florian Krebs deyib.
Berlin təmsilçisi UEFA Gənclər Liqasında çempionlar yolunun II mərhələsində "Qəbələ" ilə qarşılaşıb. Almaniya klubu Qəbələdə 3:1, Berlində isə 1:0 hesablı qələbə qazanaraq, yoluna davam etmişdi.
Yerli mətbuata müsahibə verən Krebs həmin görüş barədə də fikirlərini bildirib. Dayaq yarımmüdafiəçisi Azərbaycan səfərindən yaddaşında xoş xatirələr qaldığını vurğulayıb: "Açığı, ora yolçuluq elə də yaxşı deyildi. Amma onu da unutmayaq ki, futbol oynamaq üçün Azərbaycana getmək imkanını nə dərəcədə tez-tez əldə edə bilirsiniz? Etiraf edim ki, Azərbaycanda, həqiqətən də, yaxşı şəraitlə qarşılaşdıq.