Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycan çempionu "Qarabağ" haqqında danışıb

Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav çerçesov UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində qarşılaşacaqları Azərbaycan çempionu "Qarabağ" haqqında danışıb. Matc.az xəbər verir ki, o, Rusiyanın "Sport-Ekspress" nəşrinə müsahibəsində Bakıya uzun səfərlə bağlı danışmağın mənasız olduğunu bildirib:
 
"Sürix" "Qarabağ"la dueldən məğlub ayrılıb. Azərbaycanlılar bu uğura layiq idi. Ona görə bu barədə danışmaq mənasızdır. Biz bazar ertəsi səhər tezdən rəqib haqqında düşünməyə başlayacağıq. Bakıya çərşənbə axşamı səyahət edəcəyik. Bazar günü isə Macarıstan çempionatına start verəcəyik. Bu turnirdə maksimal hədəflərimiz var".
 
"Qarabağ"ın "Ferentsvaroş"la ilk matçı avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest