Latın Amerikasının 4 ölkəsi – Argentina, Uruqvay, çili və Paraqvay 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edəcək. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, adları çəkilən ölkələrin namizədliyinin göndərilməsi üçün müraciət avqustun 2-də rəsmiləşəcək. Tədbir Montevideodakı (Uruqvay) "Centenario" stadionunda baş tutacaq. Tədbirdə KONMEBOL prezidenti Alexandro Dominqes və 4 federasiyanın rəhbəri iştirak edəcək.
 
Növbəti dünya çempionatı bu il Qətərdə keçiriləcək. Dç-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest