çempionlar Liqasında (çL) 1/8 final həyəcanı davam edir. Matc.az saytının məlumatına görə, bu həftə ilk oyunlar çərçivəsində daha 4 görüş baş tutacaq.

Mərkəzi oyun, şübhəsiz ki, "Enfild Roud"da keçiriləcək. çL-i qazanmağı hədəfləyən "Liverpul"la "Bavariya" arasında ilk duel gerçəkləşəcək. "Qırmızılar"ın son vaxtlar enişdə olması ingilis azarkeşlərini narahat etməyə bilməz. üstəlik, komandanın müdafiə xəttinin dirəyi Vircil va Diyk cəza, həmçinin Co Qomes zədə ucbatından sabahkı qarşılaşmanı buraxacaq. Deyan Lovrenin də zədədən əziyyət çəkməsi və iştirakının sual altında olması "Liverpul"un müdafiə xəttindəki problemin ciddiliyindən xəbər verir.

Elə "Bavariya" da səfərə itkisiz yollanmayacaq. Tomas Müller cəzasını Münhendə qalmaqla çəkəcək. Sorentin Tolissoya isə zədə mane olacaq. Aryen Robbenlə Kinqsli Komanın da durumu qeyri-müəyyəndi.

Turnirin favoritlərindən olan "Barselona" Fransaya səfər edəcək. Kataloniya klubunda yalnız Arturun yoxluğunu ciddi itki saymaq olar. Hər halda Yasper Silessen və Tomas Vermalen, onsuz da, ehtiyat heyət üzvləridi. Samuel Umtiti tam sağalsa da, çətin ki, sabiq komandasına qarşı meydana çıxa bilsin. "Lion"da isə Ceyson Denayerlə Tanqu Ndombele zədədən əziyyət çəkirsə, komandanın aparıcı simalarından olan Nabil Fekir cəza üzündən meydana çıxa bilməyəcək.

Kriştianu Ronaldonun transferindən sonra çempionlar Liqasını qazanmağı qarşısına məqsəd qoyan "Yuventus"u çətin Madrid səfəri gözləyir. Turinlilərdə hamı (Duqlas Kostanın yüngül zədəsi var) Massimiliano Alleqrinin ixtiyarındadı. "Atletiko"da isə Lukas Ernandes və Kokenin durumu bəlli deyil. Bu mövsüm əla formada olan "qoca sinyora"nın güclü müdafiə xəttinə malik "Atletiko" ilə dueli böyük maraq doğurur.

Nəhayət, bu ilin əvvəlindən əla forma yığan "Mançester Siti" Gelzenkirhenə yollanacaq. "Şəhərlilər"də "Şalke" ilə səfər matçı öncəsi Klaudio Bravo, Vensan Kompani və Benjamin Mensi zədəlidi. Ancaq "Mançester Siti" onlarsız da çox güclüdü. Əvəzində "Şalke" güclü rəqibi önünə ciddi itkilərlə çıxacaq. Omar Maskarell cəzalıdısa, Benjamin Stambuli, Alessandro Şöpf və Brel Embolo cədəli olduğu üçün meydana çıxmayacaq. Həmçinin Quido Burqstaller və Stiven Şkrzibskinin də iştirakı sual altındadı.

 

çempionlar Liqası

1/8 final, ilk oyunlar

19 fevral

00:00. "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)
Baş hakim: Canluka Rokki (İtaliya)
Liverpul. "Enfild Roud" stadionu

 

00:00. "Lion" (Fransa) - "Barselona" (İspaniya)
Baş hakim: Cüneyt çakır (Türkiyə)
Lion. "Park Olimpik Lion" stadionu

 

20 fevral

00:00. "Atletiko" (İspaniya) - "Yuventus" (İtaliya)
Madrid. "Vanda Metropolitano" stadionu


00:00. "Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
Helzenkirhen. "Veltins Arena"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest