"Mərhələni "Makkabi"nin keçməsində ilk matçda buraxdığımız bəzi səhvlər həlledici rol oynadı. Eyni zamanda birinci görüşün səfərdə olması "Makkabi" üçün üstünlük idi"

"Maraqlı oyuna şahid olduq. Futbolçularıma təşəkkür etmək istəyirəm. Güclü rəqibə qarşı hər iki oyunda çəkinmədilər, inamlı mübarizə apardılar". Matc.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" klubuna qarşı keçirilən səfər oyunu barədə danışarkən deyib.
 
Bakıda rəqibinə 0:3 hesabı ilə məğlub olan Bakı təmsilçisi Təl-Əvivdə qollu bərabərə qalaraq, turnirlə vidalaşıb. Sadıqov oyunsonrası mətbuat konfransında "Dalğa Arena"dakı matçda buraxılan səhvlərin həlledici olduğunu vurğulayıb: "Makkabi"yə qarşı səfərdə oynamaq həmişə çətin olsa da, maraqlı görüş izlədik. Həm bizdə, həm də rəqibdə qol imkanları olsa da, hesab açılmadı. Mərhələni "Makkabi"nin keçməsində ilk matçda buraxdığımız bəzi səhvlər həlledici rol oynadı. Eyni zamanda birinci görüşün səfərdə olması "Makkabi" üçün üstünlük idi. Amma onların da haqqını vermək lazımdır, çox yaxşı komandadır, güclü məşqçiləri, futbolçu heyətləri var. Yaxşı futbol camiəsidir. Baş məşqçinin geri qayıtmasından görünür ki, ambisiyalı klubdur və daha böyük yerlər uğrunda mübarizə aparacaq. Onlara bu yolda uğurlar arzulayıram. Biz isə öz yolumuza davam etməliyik. Bu iki oyun göstərdi ki, komanda daha böyük işlər üçün hazırdır. Gələcəkdə bundan da yaxşı olacağıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest