"Qarabağ" macarlarla ilk oyunu avqustun 3-də Bakıda keçirəcək. Cavab matçı bir həftə sonra Macarıstanda olacaq.

Moskva çSKA-sının sabiq futbolçusu Vladimir Ponomaryev Macarıstanın "Ferentsvaroş" klubunun çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlməsi haqda danışıb. Matc.az xəbər verir ki, rus mütəxəssis bu raundda "Qarabağ"la qarşılaşacaq Macarıstan təmsilçisinin mərhələ adlayacağını deyib:
 
"Ferentsvaroş"un baş məşqçisi Stanislav çerçesov böyük biridir. O, Polşada "Legiya" ilə çempion oldu. İndi komandasının III təsnifata yüksəlməsinə təəccüblənmirəm. Burada qəribə heç nə yoxdur. Növbəti raundda "Qarabağ"la qarşılaşacaq. Problem yoxdur, çerçesov bu dueli də qazanacaq. "Ferentsvaroş" "Qarabağ"ı keçəcək, buna əminəm. Komandası Macarıstan çempionudur və bu ölkədə rəqabətli çempionat var".
"Qarabağ" macarlarla ilk oyunu avqustun 3-də Bakıda keçirəcək. Cavab matçı bir həftə sonra Macarıstanda olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest