"Rumıniyalı mütəxəssislə bağlı hələ ki çox danışa bilmərəm. Çünki onunla ünsiyyətim olmayıb, məşqlərini də canlı izləməmişəm. Sabah onun fəaliyyətinə diqqət yetirəcəm".

"Neftçi" məlum baş məşqçi dəyişikliyindən sonra Konfrans Liqasına uğursuz start verdi. Matc.az xəbər verir ki, Samir Abasovu əvəzləyən Laurentsiu Regekampfın komandası "Aris"lə səfər matçında varlıq göstərə bilmədi. Bu məsələ ilə bağlı klubun Müşahidə Şurasının üzvü Səməd Qurbanovun fikirlərini öyrəndik:
 
"Gözləmədiyimiz halda Konfrans Liqasına uğursuz başladıq. Halbuki yetərincə səviyyəli futbolçular transfer olunub. Bilmirəm, məşqlərdə yüklənmələr olub, yoxsa oyuna lazımi motivasiya olmayıb... İstənilən halda, uğursuz başlamamalıydıq. Hamılıqla cavab qarşılaşmasında "Neftçi"dən gözləntimiz ancaq qələbədi. Başda çingiz müəllim olmaqla Müşahidə Şurasının bütün üzvləri matçı canlı izləyəcək. ümid edirəm ki, komanda ilk 15 dəqiqədə hesabı açıb, qapının toxunulmazlığını qorumaqla fərqi artıracaq və mərhələni keçəcək".
 
Veteran futbolçu "Neftçi"nin yeni baş məşqçisi Laurentsiu Regekampf haqda bunları söylədi:
 
"Rumıniyalı mütəxəssislə bağlı hələ ki çox danışa bilmərəm. çünki onunla ünsiyyətim olmayıb, məşqlərini də canlı izləməmişəm. Sabah onun fəaliyyətinə diqqət yetirəcəm".
 
Müşahidə Şurasının üzvü Samir Abasovun istefaya göndərilməsinə isə belə münasibət bildirdi:
 
"Samir Abasovun "Neftçi"dən gedişinə əsas səbəbkar özü oldu. Həm oyun planında komandanı enişə apardı, həm də azarkeşlərin etirazına sərt təpki verdi. Bu da azarkeşlərin narazılığına səbəb oldu. Onlar bununla bağlı kluba da çoxsaylı şikayət etdilər. Odu ki, Samir Abasovla yolları ayırdıq. Bu haqda çox danışmağa ehtiyac yoxdu. Hazırda "Neftçi"nin "sükanı arxasında" Regekampfdı. Rumıniyalı mütəxəssisin işində nə qədər səriştəli olduğunu gələcək göstərəcək". (Futbol+)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest