"Neftçi" PFK-nın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 4-ü saat 21:00-da Avstriyanın "Rapid" klubu ilə "Bakcell Arena"da keçirəcəyi matça KİV nümayəndələrinin qeydiyyatı başlanıb.
 
Matc.az xəbər verir ki, oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar bunlardır:
 
1. Ad, soyad
2. Təmsil etdiyi KİV
3. Vəzifə
4. Şəkil
5. 2021/2022 və ya 2022/2023 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)
 
Qeyd olunan məlumatlar avqustun 1-i saat 18:00-dək press@neftchi.az e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə press@neftchi.az-dan cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.
 
Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 03.08.2022-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək "Bakcell Arena"da "Neftçi TV"nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest