Futbol üzrə Rusiya millisinin əslən azərbaycanlı sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcək Azərbaycan və Macarıstan təmsilçilərinin dueli haqqında yerli mətbuata açıqlama verib. Matc.az xəbər verir ki, 38 yaşlı mütəxəssis Ağdam klubunun ilk matçı evdə keçirməsinə baxmayaraq favorit olmadığını bildirib:
 
"Qarabağ" - "Ferentsvaroş" cütündə favorit görmürəm. İlk matçın Azərbaycanda keçirilməsi heç nəyi dəyişmir. Axı onlar cavab görüşünü səfərdə oynayacaq".
 
Səmədov "Ferentsvaroş"un rusiyalı baş məşqçisi Stanislav çerçesovun 2-ci təsnifat mərhələsində Slovakiyada "Slovan" (Bratislava) komandasını məğlub etdikləri matçdan sonra təmkinli olması barədə də danışıb: "O, necə reaksiya verməli idi? Düşünürəm ki, komanda çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazansa, o zaman çerçesovda emosiyalar yaranacaq".
 
"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest