"Qarabağ"ın zədəli futbolçusu Kevin Medinanın son durumu müəyyənləşib. Matc.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, kolumbiyalı müdafiəçi ən azı bir ay meydana çıxa bilməyəcək.
 
Bu isə o deməkdir ki, Medina çempionlar Liqasınının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la oyunları, eləcə də qarşıdakı pley-off matçlarını (çL, və ya Avroliqada) buraxacaq.
 
Medina nəzərdə tutulan bir ay ərzində təkrar müayinədən keçəcək.
 
Xatırladaq ki, Kevin Medina çL-in 2-ci təsnifat mərhələsində "Sürix"lə səfər matçında zədələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest