"Qarabağ"ın UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi Macarıstanın "Ferentsvaroş" klubu qapıçısı Adam Varqa ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, Budapeşt təmsilçisi 23 yaşlı qolkiperin yeni sözləşməsinin detallarını açıqlamayıb.
 
Adam Varqa "Ferentsvaroş"un öz yetirməsidir. "Qarabağ" bu komandaya qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest