Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri hesab edilən Anatoli Banişevskinin anadan olmasının 73-cü ildönümü ilə əlaqədar AFFA, Futbol Veteranları İttifaqı və Bakı Kəndlər Futbol Federasiyasının təşkilatçılığı ilə xatirə turniri keçirilir. Matc.az saytı xəbər verir ki, 2007-cı il təvəllüdlü uşaqlardan ibarət 8 komandanın iştirak etdiyi turnirdə ilkin mərhələnin oyunları başa çatıb.

Qeydə alınan nəticələrdən sonra finalçılar müəyyənləşib. "Qarabağ" və "Xəzri"yə qalib gələn "Səbail"in finaldakı rəqibi "ROFM Amasiya" ilə "Neftçi"ni üstələyən "Sabah" olacaq. 3-cü yer uğrunda görüşdə isə "Neftçi" ilə "Xəzri" üz-üzə gələcək.

Hər iki oyun fevralın 23-də Amasiya İdman və Sağlamlıq Mərkəzində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest