Rusiyanın tanınmış məşqçilərindən olan Hacı Hacıyev həmyerlisi Stanislav Çerçesovun çalışdırdığı Macarıstanın "Ferentsvaroş" komandasının UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a rəqib olması barədə fikirlərini bildirib.

Rusiyanın tanınmış məşqçilərindən olan Hacı Hacıyev həmyerlisi Stanislav çerçesovun çalışdırdığı Macarıstanın "Ferentsvaroş" komandasının UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"a rəqib olması barədə fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:
 
"Ferentsvaroş"un nəticəsini çox yüksək qiymətləndirirəm və onlara görə çox şadam. çerçesov bizim ölkədə çox tənqidlərə məruz qalmışdı. Həddən artıq neqativ danışan mütəxəssislər daha çox şəxsi amillərə görə bunu etmişdilər. çerçesovun ambisiyaları var. O, nə olur-olsun, özünü inamlı hiss edir. Komandasını çempionatda 1-ci yerə çıxardı. O, bizim məşqçidir, rusiyalıdır. Hesab edirəm ki, ona dəstək olmaqla düzgün davranırıq. "Ferentsvaroş"la "Qarabağ"ın şansları təxminən bərabərdir. Lakin çox istəyirəm ki, bizim məşqçi komandasını çempionlar Liqasının qrupuna çıxarsın".
 
"Qarabağ"la "Ferentsvaroş" arasında ilk oyun avqustun 3-də, cavab görüşü isə ayın 11-də Budapeştdə keçiriləcək.
 
Xatırladaq ki, Hacı Hacıyev 1983-1985-ci illərdə "Neftçi"də işləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest