Futbol üzrə Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "İstra 1961" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
 
Mahir də bu görüşün iştirakçısı olub. Zədədən yeni qayıdan futbolçu 81-ci dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Emreli vurub. Millimizin üzvü 88-ci dəqiqədə fərqlənib.
 
Son Xorvatiya çempionu olan "Dinamo" 3 turdan sonra maksimum nəticə ilə zirvədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest