Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
 
Qeyd edək ki, bu komandalar arasında iyulun 26-da keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest