"Neftçi"nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan Avstriyanın "Rapid" klubu müdafiəçisi Lukas Zultsbaxerlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Sağ cinah müdafiəçisi Avstriyanın digər klubu "Tirol"a keçib. 7 yaşından "Rapid"də olan 22 yaşlı futbolçu Vyana təmsilçisinin bütün yaş qrupları üzrə komandalarında çıxış edib. Lukas Zultsbaxer ötən mövsüm əsas komandanın heyətində 6 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest