Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan "Sabah" bu gün sonuncu yoxlama oyununa çıxacaq. Matc.az xəbər verir ki, "Sabah" Kiprin yüksək liqa təmsilçisi "Nea Salamina" klubu ilə qarşılaşacaq. Oyun saat 19:30-da başlayacaq.
 
İyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin "Hapoel Hadera" (0:1) və Kiprin "Akritas Xlorakas" (2:3) klubları ilə qarşılaşıb.
 
Bolqarıstan toplanışı iyulun 31-də bitəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest