"Qarabağ"ın UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarında VAR sistemindən istifadə olunacaq. Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, VAR sistemi 3-cü təsnifat mərhələsinin matçlarında ilk dəfə tətbiq olunacaq.
 
UEFA VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.
 
"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab oyununu avqustun 9-da Budapeştdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest