Topaz Premyer Liqasının XVII turunda "Qəbələ"ni qəbul edən "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. Bu qarşılaşma Ağdam klubunun heyətində ilk qolun müəllifi olan Riçard Almeyda üçün əlamətdar olub. Milliləşdirilmiş yarımmüdafiəçi uzun müddətdən sonra "Qarabağ"da fərqlənib.

Topaz Premyer Liqasının XVII turunda "Qəbələ"ni qəbul edən "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, bu qarşılaşma Ağdam klubunun heyətində ilk qolun müəllifi olan Riçard Almeyda üçün əlamətdar olub.

Belə ki, milliləşdirilmiş yarımmüdafiəçi uzun müddətdən sonra "Qarabağ"da fərqlənib. Mövsümün ilk yarısını "Astana"da keçirən Almeyda "Qarabağ"ın forması altında sonuncu dəfə aprelin 7-də "Səbail"lə qarşılaşmada toru silkələmişdi. Həmin oyunda ölkə çempionu məhz bu qol sayəsində 1:0 hesablı qələbə qazanmışdı. Bununla, Almeyda 316 gündən sonra doğma komandasının heyətində adını tabloya yazdırıb və "Qarabağ"da 51-ci qolunu vurub.

Qeyd edək ki, "Qarabağ" Almeydanı "Astana"dan icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest