Futbol üzrə Niderland Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici matç son çempion "Ayaks"la kubokun qalibi PSV arasında baş tutub.
 
Amsterdamda "Yohan Kroyff Arena"da baş tutan qarşılaşmada qapılara 8 qol vurulub. Rəqibini 5:3 hesabıyla məğlub edən PSV Super Kubokun qalibi olub.
 
Beləliklə, PSV ardıcıl ikinci, bütövlükdə isə 13-cü dəfə Niderland Super Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest