Futbol üzrə Almaniya Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda Bundesliqanın sonuncu qalibi "Bayern"lə Almaniya kubokunun sahibi "Leypsiq" komandaları qarşılaşıb.
 
8 qolun qeydə alındığı matç Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb – 5:3.
 
Beləliklə, "Bayern" ardıcıl 3-cü, bütövlükdə isə 10-cu dəfə Almaniya Super Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest