Futbol üzrə Portuqaliya Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda geridə qalan mövsümü "qızıl dubl"la başa vurmuş "Portu" kubokun finalçısı "Tondela" ilə qarşılaşıb.
 
"Portu" bu oyunda da güclü olduğunu isbatlayıb. Sözügedən komanda meydan 3:0 hesablı qələbə ilə tərk edib.
 
Beləliklə, "Portu" 23-cü dəfə Portuqaliya Super Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest