"Qarabağ"ın zədəli futbolçusu Kevin Medina əməliyyat olunacaq. Matc.az xəbər verir ki, kolumbiyalı müdafiəçi bu gün təkrar MRT müayinəsindən keçib.

"Qarabağ"ın zədəli futbolçusu Kevin Medina əməliyyat olunacaq. Matc.az xəbər verir ki, kolumbiyalı müdafiəçi bu gün təkrar MRT müayinəsindən keçib.
 
Müayinə nəticəsində məlum olub ki, təcrübəli futbolçunun durumu daha ciddidir.
 
Belə ki, o, əvvəlcədən gözlənildiyi kimi 1 ay yox, 2 ay komandaya kömək edə bilməyəcək. Futbolçunun qasıq bağlarında yırtıq olduğu dəqiqləşib. Bu üzdən də cərrahi müdaxiləyə ehtiyac olduğu bildirilir. Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Bərpa prosesi 2 aya yaxın çəkəcək. 
 
Xatırladaq ki, Kevin Medina çL-in 2-ci təsnifat mərhələsində İsveçrədə baş tutan "Sürix"lə matçda zədələnmişdi. İlk müayinədən sonra onun bir ay yaşıl meydanlardan uzaqda qalacağı bildirilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest