çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoxlama oyunun keçirib. Matc.az xəbər verir ki, Bakı "Su İdman Sarayı"nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
 
Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub.
 
Bu komandalar arasında növbəti oyun sabah keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest